[b]Qonşuda çempion bəlli oldu[/b]
14.12.2016 - 23:01
Gürcüstan çempionatının qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, “Samtredia” hamıdan güclü olaraq çempion adını qazanıb.
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində təmsilçimiz “Qəbələ” ilə qarşılaşmış komanda Gürcüstanın Umaqlesi Liqasının B qrupunda ilk pilləni tutub.
Onlar A qrupunun lideri “Çixura” ilə həlledici görüşlərə çıxıblar. İki oyunun nəticəsinə görə (2:0, 2:2) üstün olan “Samtredia” tarixində ilk dəfə çempion adını qazanıb.
0
0