19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək yığmamız turnirə 18 futbolçu ilə yollanacaq.
Millimizin ispaniyalı baş məşqçisi Patrisiya Qonzales İrlandiyada keçiriləcək oyunlarda xarici klublarda çıxış edən 10 futbolçuya güvənəcək. Heyətin 8 üzvü isə yerli klubların oyunçularıdı: Günay İsmayılova, Nigar Cəlilli (hər ikisi “Fidan”), Aytac Şərifova, Firəngiz Teymurova (hər ikisi “Təhsil”), Kristina Bakarandze, Aysun Əliyeva, Süsən Mənsimova (hamısı “Neftçi”), Manə Mollayeva (“Qəbələ”), Lusiya Sançez, Yaiza Relea (hər ikisi “Rayo Vallekano”, İspaniya), Diana Məmmədova (UGİM, Krasnoyarsk, Rusiya), Samara Ortiz, Malena Ortiz (hər ikisi “Kanilas”, Madrid, İspaniya), Alina Mixaelis, Mərvə Özdəmir (hər ikisi “Ayntraxt”, Frankfurt, Almaniya), Vesela Borukova (“Lerida”, Barselona, İspaniya), Natalya Rodelqo (“Atletiko”, Madrid, İspaniya), Gizəm Tənəkəci (“Frankfurt”, Almaniya).
Qeyd edək ki, yığmamız aprelin 5-də Polşa, aprelin 7-də İrlandiya, aprelin 10-da isə Almaniya komandası ilə qarşılaşacaq.