[b]Qriqorçukun 100-cü oyunu[/b]
02.12.2016 - 11:30
[b]Qriqorçukun 100-cü oyunu[/b]

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Zaqatala” ilə oyunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 51 yaşlı ukraynalı mütəxəssis “qırmızı-qaralar”ı 100-cü matçına çıxaracaq.

 

Yubiley öncəsi 99 qarşılaşmada komandanın “sükanı arxası”nda olan mütəxəssis 46 qələbəyə sevinib. Onun yetirmələri 26 heç-heçə edib və 27 dfə uduzub. Bu müddətdə “qırmızı-qaralar” rəqib qapılarında 146 top keçirib və öz qapısında 89 qol görüb.

 

2015-ci ilin əvvəlindən indiki postunda olan ukraynalı 3 müxtəlif turnirdə - Premyer Liqa, ölkə kuboku və Avropa Liqasında komandaya rəhbərlik edib.

 

Qeyd edək ki, Qriqorçuk 99 matçdan bəzilərində cəza texniki zonadan kənardan bu işi icra edib.

 

turnir

O

Q

H

M

T/F

Premyer Liqa

65

35

17

13

99-45

Azərbaycan kuboku

7

3

3

1

16-7

Avropa Liqası

27

8

6

13

31-37

Cəmi

99

46

26

27

146-89