[b]Qulağına görə Azərbaycanla oyunu buraxa bilər[/b]
02.10.2017 - 14:07
[b]Qulağına görə Azərbaycanla oyunu buraxa bilər[/b]

Almaniya yığmasının hücumçusu Timo Verner hələ də özünə gəlməyib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, gənc forvard Bundestimin qarşıdakı matçlarını buraxa bilər.

 

Çempionlar Liqasında “Beşiktaş”la səfər qarşılaşmasında azarkeşlərin səsindən qulağı tutulan “Leypsiq”in oyunçusu Bundesliqanın VII turu çərçivəsində “Köln”lə görüşə aparılmamışdı. 21 yaşlı qol “silahı” səs çox olan yerlərdən uzaq qalmaq üçün evdə müalicə alır.

 

Hətta onun DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya (5 oktyabr) və Azərbaycanla (8 oktyabr) matçları buraxmaq təhlükəsi də var.