[b]Qurban Qurbanov “ən”ə şərik oldu[/b]
05.05.2017 - 18:23
[b]Qurban Qurbanov “ən”ə şərik oldu[/b]

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun ən titullu çalışdırıcısı ünvanına şərik olub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən finalda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi məşqçisinə 4-cü belə sevinci yaşadıb.

 

Qurbanov klubdakı debütündə - 2008/09 mövsümündə ilk uğurunu qazanmışdı. 2014/15 və 2015/16 mövsümlərində də kubokun sevincini yaşayan mütəxəssis bu gün yarışdakı mükafatlarının sayını rekord həddə çatdırıb.

 

Onadək Azərbaycan futbolunda yalnız bir mütəxəssis 4 dəfə kubokun qalibi olmuşdu. “Kəpəz”də rekordları sıralayan Mehman Allahverdiyev 1993/94, 1996/97, 1997/98 və 1999/2000 mövsümlərində belə nailiyyət əldə edib.

 

Qeyd edək ki, ən çox kubok qazanan məşqçilər siyahısında 3-cü yerdə Ağasəlim Mircavadovdu. Onun hesabında 3 kubok var.