[b]Qurban Qurbanov: Avstriyadan İtaliyaya qədər...[/b]
27.09.2016 - 14:44
[b]Qurban Qurbanov: Avstriyadan İtaliyaya qədər...[/b]

Avropa Liqasının II turunun “Fiorentina” ilə İtaliyada keçiriləcək oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis avrokuboklarda 60-cı matçda baş məşqçi kimi iş başında olacaq.

 

Azərbaycan klubları ilə hamıdan çox belə oyuna çıxan Qurbanov Florensiyadakı matçadək 59 qitə miqyaslı matçın iştirakçısı olub. 2007-ci ildə “Neftçi”nin baş məşqçisi kimi Avstriyada “Rid”ə qarşı matda (1:3) debüt edən mütəxəssis “ağ-qaralar”ı 2, Ağdam təmsilçisini 57 belə görüşə çıxarıb.

 

Qurbanovun avrokuboklardakı baş məşqçilik fəaliyyəti 25 qələbə ilə nəticələnib. Onun yetirmələri 18 heç-heçəylə kifayətlənib və 16 dəfə məğlubiyyətlə üzülüb. Onun komandaları 64 qol vurub, öz qapısından 52-ni buraxıb.