[b]Qurban Qurbanov bu qayıdışı 4440 gün gözlədi[/b]
03.11.2017 - 12:53
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi təyin olunan Qurban Qurbanov 12 ildən sonra yığmaya qayıdıb. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis futbolçu kimi şərəfini qoruduğu millidə son matçını 2005-ci ildə keçirmişdi.
Sentyabrın 7-də Avstriya ilə Bakıdakı görüşdə 0:0 hesablı heç-heçəyə sevinən hücumçunun dönüşü yeni ampluada olub. 68 matç keçirdiyi yığmaya baş məşqçi kimi dönən Qurbanovun təyinatı son matçından 4440 gün sonraya təsadüf edib.
Qeyd edək ki, Qurbanov 14 qolla həm də yığmanın ən yaxşı bombardiridi.
0
0