[b]Qurban Qurbanov Kazbek Tuayevə çatdı[/b]
16.04.2017 - 20:24
[b]Qurban Qurbanov Kazbek Tuayevə çatdı[/b]

Bu gün keçirilən Topaz Premyer Liqasının XXVI turunun “İnter”lə oyununda qələbə qazanan “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci çempionluğunu qazanıb. Apasport.az saytının məlumatına görə, ardıcıl uğurların hamısının memarı olan Qurban Qurbanov baş məşqçi postunda 4-cü dəfə qızıl medallara sahib olub.

 

45 yaşlı mütəxəssis bununla da çempionluq sayında Azərbaycanın ən titullu məşqçiləri sırasında 2-ci pilləyə şərik olub. O, 4 dəfə çempion olan Kazbek Tuayevə çatıb.

 

Çempionluq sevinci yaşayan 10 baş məşqçi arasında mütləq rekord isə Ağasəlim Mircavadova məxsusdu. Təcrübəli mütəxəssisin hesabında 5 çempionluq var.

 

Mehman Allahverdiyev və Böyükağa Hacıyev isə hərəyə 3 dəfə qızıl medal əldə edib. Əhməd Ələsgərov, Kaxaber Sxadadze, Valentin Xodukin, Qyoko Hacıyevski və Arif Əsədovun hərəyə 1 uğuru var.

 

mövsüm

çempion

1992

Əhməd Ələsgərov

1993

Ağasəlim Mircavadov

1993/94

Kazbek Tuayev

1994/95

Mehman Allahverdiyev

1995/96

Kazbek Tuayev

1996/97

Kazbek Tuayev

1997/98

Mehman Allahverdiyev

1998/99

Mehman Allahverdiyev

1999/2000

Ağasəlim Mircavadov

2000/01

Ağasəlim Mircavadov

2001/02

yarımçıq qalıb

2003/04

Kazbek Tuayev

2004/05

Ağasəlim Mircavadov

2005/06

Böyükağa Hacıyev

2006/07

Ağasəlim Mircavadov

2007/08

Valentin Xodukin

2008/09

Qyoko Hacievski

 2009/10

Kaxaber Sxadadze

2010/11

Arif Əsədov

2011/12

Böyükağa Hacıyev

2012/13

Böyükağa Hacıyev

2013/14

Qurban Qurbanov

2014/15

Qurban Qurbanov

2015/16

Qurban Qurbanov

2016/17

Qurban Qurbanov