[b]Qurban Qurbanovun yubileyi[/b]
26.07.2017 - 00:45
Qurban Qurbanov baş məşqçi kimi avrokuboklarda yubiley heç-heçəsini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şerif”lə görüşündəki 0:0 hesablı bərabərlik 45 yaşlı mütəxəssis üçün 20-ci olub.
Bütün bərabərliklərini “Qarabağ”ın baş məşqçisi kimi rəsmiləşdirən Qurbanov 67-ci matçında bununla barışıb. Bunadək onun yetirmələri 29 qələbə qazanıb və 18 dəfə uduzub.
Qeyd edək ki, “Qarabağ”a qədər “Neftçi” ilə avrokubok həyəcanı yaşayan çalışdırıcı ilk klubunda heç-heçə etməyib.
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
0
0