Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Atletiko" matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 17-də, saat 13:30-da media mənsublarının önünə çıxacaq.
Mətbuat konfransı Bakı Olimpiya Stadionunda baş tutacaq. “Qarabağ”ın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Atletiko"nun baş məşqçisi isə saat 17:15-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI