Topaz Premyer Liqasını XIV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis ölkə çempionatında baş məşqçi kimi 300-cü oyununa çıxacaq.
Belə ki, Premyer Liqada 2006-cı ilin yayında debüt edən Qurbanov indiyədək 299 qarşılaşmada baş məşqçi funksiyasını yerinə yetirib. 2006/07 mövsümündə “Neftçi”yə rəhbərlik edən, növbəti çempionatın startından az sonra istefaya göndərilən mütəxəssis 2008-ci ilin yayından indiki klubundadı. “Qarabağ”la 8 mövsümü arxada qoyan çalışdırıcı 10 illik məşqçilik fəaliyyətində 299 Premyer Liqa matçında iş başında olub.
Bu matçlarda onun yetirmələri 172 qələbə qazanıb. 73 heç-heşçəyə şahid olan Qurbanov 54 dəfə üzüntü yaşayıb. Komandalarının 452 qolunu izləyən məşqçiyə bunu 216 dəfə rəqibləri seyr etdirib. Onun baş məşqçisi olduğu klublar çempionatda hesablarına 589 xal yazdırıb.
Bu oyunların böyük hissəsi “Qarabağ”la olub. Ağdam təmsilçisini 271 görüşə çıxaran mütəxəssis karyerasına başladığı “Neftçi”yə 28 qarşılaşmada rəhbərlik edib.
Qeyd edək ki, “Qarabağ” sabah öz meydanında “İnter”lə görüşəcək.
|
mövsüm |
Klub |
O |
Q |
H |
M |
T/F |
X |
|
2006/07 |
Neftçi (Bakı) |
24 |
17 |
3 |
4 |
47-15 |
54 |
|
2007/08 |
Neftçi (Bakı) |
4 |
2 |
1 |
1 |
9-4 |
7 |
|
2008/09 |
Qarabağ (Ağdam) |
26 |
14 |
7 |
5 |
35-22 |
49 |
|
2009/10 |
Qarabağ (Ağdam) |
32 |
14 |
12 |
6 |
31-26 |
54 |
|
2010/11 |
Qarabağ (Ağdam) |
32 |
17 |
7 |
8 |
41-22 |
58 |
|
2011/12 |
Qarabağ (Ağdam) |
32 |
15 |
8 |
9 |
37-28 |
53 |
|
2012/13 |
Qarabağ (Ağdam) |
32 |
16 |
11 |
5 |
43-26 |
59 |
|
2013/14 |
Qarabağ (Ağdam) |
36 |
21 |
9 |
6 |
66-21 |
72 |
|
2014/15 |
Qarabağ (Ağdam) |
32 |
20 |
8 |
4 |
51-25 |
68 |
|
2015/16 |
Qarabağ (Ağdam) |
36 |
26 |
6 |
4 |
66-21 |
84 |
|
2016/17 |
Qarabağ (Ağdam) |
13 |
10 |
1 |
2 |
26-6 |
31 |
|
|
Neftçi (Bakı) |
28 |
19 |
4 |
5 |
56-19 |
61 |
|
|
Qarabağ (Ağdam) |
271 |
153 |
69 |
49 |
396-197 |
528 |
|
|
Cəmi |
299 |
172 |
73 |
54 |
452-216 |
589 |