[b]Qvardiola “Mançester Siti”dən yeni müqavilə tələb etdi[/b]
25.01.2017 - 17:21
[b]Qvardiola “Mançester Siti”dən yeni müqavilə tələb etdi[/b]

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubla müqaviləsinin müddətini uzatmaq fikrindədi. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bununla söz-söhbətlərə son qoymaq istəyir.

 

Məsələ burasındadı ki, Qvardiolanın “şəhərlilər”i tərk edəcəyi ilə bağlı yayılan xəbərlər 46 yaşlı məşqçini bezdirib. Bu səbəbdən o, hazırkı komandası ilə yeni sözləşmə imzalamaq arzusundadı. Keçən il “Mançester Siti” ilə 3 illik sazişə qol çəkmiş mütəxəssisin yeni müqaviləsinin müddətinin 5 illik olacağı bildirilir. Bu baş versə, Qvardiola 2024-cü ilin yayına qədər hazırkı vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 22 turdan sonra 43 xal toplayan “Mançester Siti” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.