“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis bunun baş tutmayacağını söyləyib.
O, bir daha Kataloniya klubuna qayıtmayacağını vurğulayıb: “Heç vaxt məşqçi kimi “Barselona”ya qayıtmayacam. Həyatımın bu dönəmi artıq bağlanıb”.
Qeyd edək ki, 2008-2012-ci illərdə “Barselona”nı çalışdıran Qvardiola bu müddətdə 3 dəfə La Liqanın, 3 dəfə İspaniya Superkubokunun, 2 dəfə İspaniya Kral Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Superkubokunun və 2 dəfə Klublararası Dünya Kubokunun qalibi olub.