[b]Qvardiola və Zidanla oxşar tale yaşamış azərbaycanlılar [/b]
14.12.2016 - 11:21
[b]Qvardiola və Zidanla oxşar tale yaşamış azərbaycanlılar [/b]

Dünya futbolunda klublar məşqçi seçimi zamanı adətən tanıdıqları şəxslərə etibar edirlər. Apasport.az saytının məlumatına görə, futbolçu kimi həmin komandanın formasını geyinmiş mütəxəssislərə daha çox üstünlük verilir.

 

Tarix də göstərib ki, klublar məhz sabiq futbolçularının rəhbərliyi altında daha uğurlu çıxış edirlər. Son illər buna daha çox diqqət yetirilir. Məsələn, “Barselona”ya tarixinin ən uğurlu dönəmini yaşadan Pep Qvardiola uzun illər bu komandanın kapitanlığını edib. Kataloniya təmsilçisinin hazırkı çalışdırıcısı Luis Enrike də futbolçu karyerasının ən parlaq dönəmini burda keçirib.

 

“Barsa”nın əzəli rəqibi “Real”ın “sükanı arxası”nda da “kral klubu”nun sevimli futbolçusu olmuş Zinəddin Zidan dayanır. Onun gəlişinə qədər enişdə olan paytaxt təmsilçisi Zidanla birlikdə yenidən qitənin bir nömrəsinə çevrilməyi bacarıb.

 

Futbolçu dövründə “Yuventus”la bütün mümkün titulları qazanan Antonio Konte “qoca sinyora”ya məşqçi kimi çalışdığı 3 mövsümdə ardıcıl 3 çempionluq qazandırıb. Futbolçu karyerasını yalnız “Seltik” və “Liverpul”a həsr etmiş Kenni Dalqliş eyni zamanda hər iki komandaya rəhbərlik edib.

 

Azərbaycanda da belə mütəxəssislər az olmayıb. Bu baxımdan “Neftçi” digərlər klublardan fərqlənir. “Qarabağ”ı çalışdıran Qurban Qurbanov futbolçu kimi tanındığı “Neftçi”də ilk məşqçilik təcrübəsini yaşayıb. Hazırda “Kəpəz”ə rəhbərlik edən Şahin Diniyev, AZAL-ı çalışdıran Tərlan Əhmədov və “Sumqayıt”ın “sükanı arxası”nda olan Samir Abasov da futbolçu kimi bu komandaların formasını geyiniblər.

 

Türkiyədə də azarkeşlər baş məşqçi qismində sabiq futbolçuları görməyi arzulayırlar. “Qalatasaray” tarixinin ən böyük nailiyyətini həm də kapitanı olmuş Fatih Terimin rəhbərliyi altında qazanıb. “Xəzər Lənkəran”ın keçmiş çalışdırıcısı Mustafa Dənizli də “cim-bom”un həm formasını geyinib, həm də texniki zonasında dayanıb. Yenicə “Qaziantepspor”a baş məşqçi gətirilən İbrahim Üzülməz də 1999-2000 mövsümündə bu komandanın oyunçusu olub.

 

Maraqlı olacağını nəzərə alıb həm Avropada, həm də Azərbaycanda eyni komandanın futbolçusu və baş məşqçisi olmuş tanınmış simaların siyahısını təqdim edirik:

 

Avropada

Pep Qvardiola – “Barselona”

Zinəddin Zidan – “Real”

Rafael Benites – “Real”

Luis Enrike – “Barselona”

Antonio Konte – “Yuventus”

Simone İnzagi – “Latsio”

Filippo İnzagi – “Milan”

Slaven Biliç – “Hayduk”, “Vest Hem”

Karlo Ançelotti – “Parma”, “Milan”

Luçiano Spalletti – “Empoli”

Sinişa Mixayloviç – “Sampdoriya”

Roberto Mançini – “Latsio”

Bernd Şuster – “Real”

Roberto di Matteo – “Çelsi”

Alan Pardyu – “Çarlton”, “Kristal Pelas”

Kenni Dalqliş – “Seltik”, “Liverpul”

Lui van Qal – “Ayaks”, “Alkmar”

Ronald Kuman – “Ayaks”, PSV, “Feyenord”

Mauritsio Poçettino – “Espanyol”

Sergey Rebrov – “Dinamo” (Kiyev)

Yuri Syomin - “Dinamo” (Moskva), “Lokomotiv”

Mustafa Dənizli – “Qalatasaray”

Fatih Terim – “Qalatasaray”

Hamza Hamzaoğlu – “Qalatasaray”

George Haci – “Qalatasaray”

Rıdvan Dilmən – “Fənərbaxça”

Aykut Kocaman - “Fənərbaxça”

Rıza Çalımbay – “Beşiktaş”

Samet Aybaba – “Beşiktaş”

Tolunay Kafkas – “Trabzonspor”

Hami Mandıralı – “Trabzonspor”

Şota Arveladze – “Trabzonspor”

Şenol Günəş – “Trabzonspor”

 

Azərbaycanda

Ağasəlim Mircavadov – “Neftçi”

Əhməd Ələsgərov - “Neftçi”

Ruslan Abdullayev - “Neftçi”

Qurban Qurbanov - “Neftçi”

Kazbek Tuayev - “Neftçi”

Əsgər Abdullayev - “Neftçi”

Vaqif Sadıqov - “Neftçi”

Arif Əsədov - “Neftçi”

Samir Əliyev - “Neftçi”

Şahin Diniyev – “Kəpəz”, “Terek”

Mehman Allahverdiyev – “Kəpəz”

Samir Abasov – “Sumqayıt”

Nizami Sadıqov – “Turan”

Sakit Alıyev – “Turan”

Böyükağa Hacıyev – “Araz Naxçıvan”

Tərlan Əhmədov – AZAL