[b]Radik İsayevə Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü təyin edilib[/b]
01.09.2016 - 18:31
Azərbaycan prezidenti İlham Əliyev taekvonduçu Radik İsayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, bu təqaüd İsayevə Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə verilib.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Qeyd edək ki, Rio Olimpiadasında Azərbaycan yığmasının yeganə qızıl medalını məhz Radik İsayev qazanıb.
0
0