Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin start heyəti sürpriz kimi qarşılanıb. Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi Rafael Santos matçın, ümumiyyətlə, iştirak ərizəsinə salınmayıb.
Braziliyalı futbolçunun zədəli olmadığı halda belə bir görüşdə iştirak etməməsi çoxları üçün gözlənilməz olub. Onun yerində isə müdafiənin mərkəzində yarımmüdafiəçi Rəşad Sadiqov mübarizə aparacaq.
Əldə etdiyimiz məlumata görə, baş məşqçi Roman Qriqorçuk əsas heyət üzvlərindən sayılan Santosu sırf limitə görə “18-liy”ə salmayıb. Ehtiyatda Rasim Ramaldanovun yer alması da limitlə əlaqədardı.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşü saat 20:30-da start götürəcək.