[b]Rahid Əmirquliyev “Xəzər Lənkəran”la oyunu buraxacaq?[/b]
02.02.2016 - 16:12
[b]Rahid Əmirquliyev “Xəzər Lənkəran”la oyunu buraxacaq?[/b]

“Qarabağ”ın yeni transferlərindən olan Rahid Əmirquliyev hələ də zədədən əziyyət çəkir. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov apasport.az saytına açıqlamasında milli üzvünün hələ də məşqlərə başlamadığını deyib.

 

O bildirib ki, yüngül əzələ dartılması olan 27 yaşlı yarımmüdafiəçi 2-3 gündən sonra məşqlərə başlaya biləcək. Bu isə o deməkdi ki, Rahid uzun illər formasını geyindiyi “Xəzər Lənkəran”a qarşı fevralın 6-da keçiriləcək çempionatın XX tur matçını buraxa bilər.

 

Qeyd edək ki, Əmirquliyev zədə ucbatından XIX turda AZAL-la qarşılaşmada iştirak etməmişdi.