[b]Rahid Əmirquliyev Almaniyaya gedir[/b]
27.04.2016 - 13:08
[b]Rahid Əmirquliyev Almaniyaya gedir[/b]

“Qarabağ”ın və Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev gələn ay ölkəni tərk edəcək. Apasport.az saytının məlumatına görə, bir müddətdi zədədən əziyyət çəkən təcrübəli futbolçu növbəti dəfə müayinədən keçmək üçün Almaniyaya yollanacaq.

 

Mayın 2-də Münhen şəhərinə yola düşəcək Əmirquliyev 3 həftə orda qalacaq. Məlumatı əməkdaşımızla söhbətində Rahid özü də təsdiqləyib.

 

O bildirib ki, yaşıl meydanlara qayıdışı iyunun əvvəllərinə təsadüf edəcək: “Müalicəmi davam etdirirəm. Gələn ay Almaniyaya gedəcəm. Əslində, aprelin 25-də yollanmalı idim. Amma Almaniyada bayramla əlaqədar, klinika 1 həftə işləməyəcək. Buna görə də, səfərimi maya saxlamalı oldum. Orda tibbi müayinədən keçəcək, həkim növbəti dəfə baxacaq. Bundan sonra isə reabilitasiya məşqlərinə start verəcəm. 3 həftə Almaniyada qaldıqdan sonra Bakıya qayıdacam. Cari mövsümü bağladığımı bilirsiz. Qayıdışım isə iyunun əvvəlində baş tutacaq. İnşallah, “Qarabağ”ın yay toplanışına kimi hazır olacam”.

 

Qeyd edək ki, “Qarabağ”a keçdikdən sonra 2 dəfə zədələnən Rahid Əmirquliyev Ağdam klubunun heyətində ümumilikdə 3 oyunda iştirak edib.