[b]Rahid Əmirquliyev Azərbaycana nə vaxt qayıdacaq?[/b]
15.03.2016 - 12:34
[b]Rahid Əmirquliyev Azərbaycana nə vaxt qayıdacaq?[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin Azərbaycana qayıdacağı vaxt məlum olub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 27 yaşlı futbolçu həftəsonu vətənə dönəcək.

 

Bu yaxınlarda Almaniyada cərrahiyyə əməliyyatı keçirən milli komandamızın üzvü hazırda orda reabilitasiya ilə məşğuldu. Əmirquliyev vətənə döndükdən sonra tibbi müayinədən keçəcək və yalnız ondan sonra futbolçunun nə zaman yaşıl meydanlara dönəcəyinə aydınlıq gələcək.

 

Ağdam klubunun hücumçusu Reynaldo Silva isə tam olmasa da, kollektiv məşqlərin 70 faizində iştirak edir. Braziliyalı forvardın tam hazır olması üçün daha bir neçə gün zamana ehtiyacı var. Onun Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Qəbələ” ilə matçda dönüşünü qeyd etməsi sual altındadı.

 

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu martın 19-da keçiriləcək.