[b]Ramazanovla Qurbanovun fərqi[/b]
11.09.2016 - 22:12
[b]Ramazanovla Qurbanovun fərqi[/b]

Topaz Premyer Liqasının IV turunda keçirilən “Sumqayıt” - “İnter” görüşündə Ağabala Ramazanov diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, qonaqların forvardı qol sevinci yaşayarkən maraqlı addım atıb.

 

Belə ki, ötən mövsüm “Sumqayıt”ın formasını geyinmiş millimizin oyunçusu 61-ci dəqiqədə sabiq komandasını cəzalandırıb. Gənc futbolçunun qol sevincini çılğın şəkildə qeyd etməsi diqqətdən yayınmayıb.

 

Halbuki dünən keçirilən “Neftçi”- “Qəbələ” (0:8) matçında dubl edən qonaqların hücumçusu Ruslan Qurbanov sevinməyərək, sabiq klubuna jest etmişdi.

 

Qeyd edək ki, son dəqiqələri gedən “Sumqayıt” - “İnter” oyununda qonaqlar 2:0 hesabı ilə öndədi.