[b]Ramil Almaniyanın seriyasını qırdı[/b]
09.10.2017 - 00:08
[b]Ramil Almaniyanın seriyasını qırdı[/b]

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi səfərdə Almaniya ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 34-cü dəqiqəsində komandamızın bərabərlik qolunu vuran Ramil Şeydayev “bundestim”in uğurlu seriyasını qırıb.

 

Belə ki, hücumçumuzun fərqlənməsi ilə almanları 7 oyunluq evdə qol buraxmamaq seriyası başa çatıb.

 

Yoahim Lövün yetirmələri sonuncu dəfə evdə ötən ilin may ayının 29-da Slovakiya ilə matçda (3:1) qola üzülmüşdülər.