Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Trabzonspor”a qayıdıb. Apasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hazırda Antalyada təlim-məşq toplanışında olan “bordo-mavililər” gənc forvarda özünə klub tapmaq tapşırığı vermiş və onu məşqlərdən azad etmişdi. Lakin 20 yaşlı oyunçu 2 günlük icazədən sonra yenidən kollektivə qoşulub. Ramil “Trabzonspor”un bugünkü məşqində iştirak etsə də, kollektivdən ayrı, fərdi qaçışla kifayətlənib.
Qeyd edək ki, yerli mətbuat bir müddət əvvəl Ramil Şeydayevin “Samsunspor”a icarəyə veriləcəyini bildirmiş, lakin bu komandanın baş məşqçisi sonradan məlumatı təkzib etmişdi.