[b]Ramil Şeydayev “Trabzonspor”da ilk məşqinə çıxdı - FOTO[/b]
12.07.2016 - 16:49
Tibbi müayinədən keçərək, “Trabzonspor”la 4 illik müqavilə bağlayan Ramil Şeydayev yeni komandasının təlim-məşq toplanışına qatılıb. Apasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, Slovakiyaya yollanan 20 yaşlı hücumçu “bordo-mavililər”in heyətində ilk məşqinə çıxıb.
Baş məşqşi Ərsun Yanalın rəhbərliyi ilə keçən məşqin sonunda kollektiv 3 hissəyə bölünərək, bir-birinə qarşı oynayıb.
Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev Azərbaycan əsillidi. Gənc futbolçunun atası azərbaycanlı, anası isə rusdu.
0
0