Türkiyə Superliqasının ilk dövrəsində forma geyinən 1996-cı il təvəllüdlü və ondan aşağı yaşlı futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də siyahıda yer alıb.
Ümumilikdə ilk dövrədə 20 gənc oyunçu meydana çıxmaq imkanı əldə edib. 8 komandada 21 yaşdan kiçik futbolçulara ehtiyac duyulmayıb. Bunlar “Akhisar”, “Antalyaspor”, “Alanyaspor”, “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Gənclərbirliyi” və “Osmanlıspor”du. Gənclərə ən çox şans verən klublar isə “Trabzonspor”, “Bursaspor” və “Qaziantepspor”du.
Liderlik “Başakşəhər”li Cengiz Ündərə məxsusdu. 20 yaşlı yarımmüdafiəçi 16 oyunda iştirak edib və 1295 dəqiqə meydanda qalıb. Gənclər arasında ən məhsuldarı “Bursaspor”lu Kubilay Kanatsızkuşdu. Yığmamızın hücumçusu Dəniz Yılmazı mövqeyindən “çıxaran” 20 yaşlı oyunçu 4 qol, 1 assistlə yadda qalıb.
Gənclər arasında ən zəif göstəriciyə malik futbolçulardan biri də Ramil Şeydayevdi. Ümumilikdə 8 futbolçu bir hissə oynamayıb ki, yığmamızın forvardı bu baxımdan yalnız komanda yoldaşı Abdülkadir Ömür və “Kayserispor”lu Furkan Yamanı qabaqlayıb. Superliqada 1 oyunda meydana çıxan Şeydayev 11 dəqiqə mübarizə aparıb və 1 sarı vərəqə almağa macal tapıb.