[b]Ramil Şeydayev köhnə klubuna döndü[/b]
12.02.2016 - 01:22
Rusiyanın “Zenit” klubu azərbaycanlı futbolçu Ramil Şeydayevi Rusiya Premyer Liqası üçün sifariş edib. Apasport.az saytının məlumatına görə, mövsümün ilk hissəsini icarə əsasında “Rubin”də keçirən həmyerlimiz yenidən Peterburq təmsilçisinə dönüb.
Ramil köhnə-yeni komandasında 90 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 19 yaşlı hücumçu mövsümün ilk hissəsində Kazan təmsilçisinin heyətində ümumilikdə 7 (Premyer Liqada 1) oyunda meydana çıxıb və bir qola imza atıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0