[b]Ramil Şeydayev Slovakiyada qol hesabını açdı[/b]
02.04.2017 - 22:04
[b]Ramil Şeydayev Slovakiyada qol hesabını açdı[/b]

Slovakiya Fortuna Liqasında XXIII turu davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” da növbəti matçına çıxıb.

 

“Yaşıl-sarılar” doğma meydanda “Presov”la qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Ramil ehtiyat oyunçular skamyasında başladığı matçın 62-ci dəqiqəsində oyuna daxil olub və 79-cu dəqiqədə komandasının 3-cü qoluna imza atıb.

 

Qeyd edək ki, 23 oyundan sonra aktivində 55 xal olan “Jilina” turnir cədvəlinin zirvəsində yer alıb.