[b]Ramil Şeydayevin komandasında ayrılıq[/b]
01.02.2017 - 11:48
[b]Ramil Şeydayevin komandasında ayrılıq[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası “Trabzonspor” daha bir futbolçu ilə vidalaşıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, koreyalı hücumçu Hyun-Yun Suk Qara dəniz təmsilçisinə lazım olmayıb.

 

Mövsümün əvvəlində “Porto”dan 1 illik icarəyə götürülən futbolçu ümidləri doğrultmadığından, rəhbərlik onunla müqaviləyə xitam verib. Suk müqavilə ilə məxsus olduğu “Porto”ya qayıdıb.

 

Qeyd edək ki, Hyun-Yun Suk “Trabzonspor”un heyətində keçirdiyi 17 oyunda cəmi 1 qola imza atıb.