Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” klubunun dəyəri açıqlanıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “bordo-mavililər”in hazırkı heyətinin ümumi qiyməti 63 milyon 350 min avro təşkil edir.
Ötən mövsüm isə bu rəqəm 128 milyon 735 min avro olub.
Ən bahalı futbolçu Onur Kıvrakdı. Uğursuz çıxış onun transfer dəyərini 10 milyondan 6 milyon 750 min avroya salsa da, heyətdə ən çox qazanan futbolçudu.
Ramil Şeydayev isə komandanın ən ucuz əcnəbi futbolçusudu. 20 yaşlı forvardın dəyəri 500 min avro ilə ölçülür.
Qeyd edək ki, “Trabzonspor”un heyətində rəsmi debütünü Türkiyə Kubokunun I seçmə mərhələsində “Ardahanspor”la matçda edən Ramil Şeydayev 6:0 hesablı qələbəyə 1 qolla töhfə verib.