[b]Ramil Şeydayevlə Ərsun Yanalın yolları ayrılır[/b]
05.10.2016 - 14:41
[b]Ramil Şeydayevlə Ərsun Yanalın yolları ayrılır[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor”da baş məşqçi dəyişikliyi qaçılmazdı. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu “bordo-mavililər”in keçmiş məşqçisi Sadi Tekelioğlu deyib.

 

Ötən mövsüm Qara dəniz təmsilçisinin aşağı yaş qruplarının koordinatoru vəzifəsində işləmiş və qısa müddət əsas komandanı çalışdırmış Tekelioğlu cari mövsümdəki uğursuz çıxışı dəyərləndirib.

 

“Trabzonspor”un tezliklə toparlanacağını düşünən mütəxəssis baş məşqçi Ərsun Yanalın qış fasiləsi yaranmamış istefa verəcəyini proqnozlaşdırıb: “Trabzonspor” indi uğursuz çıxış etsə də, özünə gələcək. Çünki bu yerə layiq komanda deyil. O ki qaldı Ərsun Yanala, onun qış fasiləsi yaranmamış gedəcəyini düşünürəm. Yanal “Qalatasaray” və “Beşiktaş”la ilk dövrədəki oyunlara qədər səbr edəcək. Əgər həmin qarşılaşmalarda istənilən nəticə əldə edilməsə, Yanal rəhbərlikdən öncə davranıb istefa verəcək”.

 

Qeyd edək ki, Superliqanın ilk 6 turunda passivində 4 məğlubiyyət olan “Trabzonspor” 6 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.