[b]Ramin Musayev: Vacib olan odu ki...[/b]
06.10.2016 - 12:22
[b]Ramin Musayev: Vacib olan odu ki...[/b]

“Püşkatma uğurlu olsun. Keçən il belə oldu. Finala yüksələn komandalar ora layiqincə yüksəlmişdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

 

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun 2016/2017 mövsümünün püşkü atılır. Püşkatma mərasimindən öncə fikirlərini bildirən PFL-in rəhbəri bunları deyib: “Çalışacağıq ki, bu il də hər şey düzgün olsun. Kim hansı yerə layiqdisə, o yeri də tutsun. Biz komandalar arasında fərq qoymuruq. Əlimizdən gələni edirik ki, bizim, hakimlər tərəfindən heç kəsə fərq qoyulmasın. Bəzən səhvlər olur. Amma heç kim zəmanət verə bilməz ki, səhvlər olmayacaq. Bu yaxınlarda “Qarabağ”ın oyununu gördük. Elvin Yunuszadənin qırmızı vərəqə alması... Hər yerdə olur. Vacib olan odu ki, kimisə bilərəkdən qələbədən məhrum etməyəsən. Biz də buna çalışırıq. Qərəzli hakim bizim yanımızda yoxdu, ola da bilməz. Kubokda iştirak edən komandalar 3 səbətə bölünüb. Bu da onların gücü ilə əlaqədardı, hər şey nəzərə alınıb”.