“Lester”dən qovulan Klaudio Ranyerinin işsiz günləri çox çəkməyə bilər. Apasport.az saytı “Corriere dello Sport” nəşrinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı ölkəsindən təklif alıb.
Belə ki, “Palermo” Ranyerinin xidmətində maraqlıdı. 65 yaşlı çalışdırıcı ilə danışıqları klubun prezidenti Pol Bakkalyini aparır. Danışıq prosesində əsas maneə kimi Ranyerinin məvacibinin yüksək olması göstərilir. “Palermo” rəhbərliyi bu məsələdə təcrübəli mütəxəssisi razı sala bilsə, baş məşqçi postuna onu gətirəcək.
Qeyd edək ki, 1986-cı ildən məşqçilik edən Ranyeri bu vaxta qədər “Napoli”, “Fiorentina”, “Valensiya”, “Atletiko”, “Çelsi”, “Parma”, “Yuventus”, “Roma”, “İnter” və “Monako” kimi klubları da çalışdırıb.