“Qəbələ” keçmiş hücumçusu Daniyel Suobtiçi geri qaytarıb. Bu barədə apasport.az saytına klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Klub rəsmisinin bildirdiyinə görə, oyunçu ilə mövsümün sonuna qədər anlaşma əldə olunub.
Hazırda çıxış etdiyi Moldovanın “Şerif” klubu ilə qarşılıqlı razılaşma əsasında ayrılan hücumçu ilə artıq müqavilə imzalanıb. Serb əsilli isveçrəli sabah ölkəmizə gəlib yeni klubuna qoşulacaq.
Subotiç “Qəbələ”də əvvəlki vaxtlarda olduğu kimi, yenə 31 nömrəli forma ilə çıxış edəcək.
Transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Rasim Ramaldanovla da anlaşıb. Müdafiəçi özü saytımıza bu məlumatı təsdiqləyib. Milli üzvü də “Qəbələ” ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edəki, Rasim Ramaldanovun son klubu Gürcüstan təmsilçisi “Kolxeti” olub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı