[b]Rasim Ramaldanovlu “Kolxeti” "Samtredia" ilə bacarmadı[/b]
12.09.2016 - 10:19
[b]Rasim Ramaldanovlu “Kolxeti” "Samtredia" ilə bacarmadı[/b]

Gürcüstan çempionatında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanovun komandası “Kolxeti” növbəti görüşünə çıxıb.

 

Səfərdə “Samtredia”nın qonağı olan Poti təmsilçisi meydanı məğlub tərk edib – 0:2. Start heyətində mübarizəyə qoşulan Ramaldanov isə görüşü əvəzedilmədən keçirib.

 

Qeyd edək ki, cari mövsümdə ikinci məğlubiyyətini alan “Kolxeti” aktivindəki 9 xalla 5 turdan sonra 7 komandadan ibarət “qırmızı qrup”da 2-ci yerdə qərar tutur.