Azərbaycan Premyer Liqasının daha bir təmsilçisi yeni mövsüm üçün iştirak ərizəsini PFL-ə təqdim edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ”, “Sumqayıt” və “Neftçi”nin ardınca “İnter” də sifariş vərəqini çempionatı keçirən quruma göndərib.
Tezliklə “Keşlə” adlandırılacaq paytaxt təmsilçisi 22 futbolçu sifariş edib. Bunlardan 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü isə hücumçudu.
“İnter” rəsmiləri Albaniyanın “Kukesi” klubuna keçmək üzrə olan Rauf Əliyevin də adını iştirak ərizəsinə daxil ediblər. Məsələ burasındadı ki, bakılılarla müqaviləsi olan təcrübəli hücumçu komandadan ayrılmaq istəsə də, rəhbərlik onu saxlamaq niyyətindədi.
Qapıçılar: 16. Şahin Zəkiyev, 13. Orxan Sadıqlı
Müdafiəçilər: 27. Adrian Skarlatake, 2. Sertan Taşqın, 22. İlkin Qırtımov, 3. Denis Silva Kruz, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 65.Cabir Əmirli, 66, Murad Qayalı
Yarımmüdafiəçilər: 20 Aqşin Quluzadə, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev, 62. Oleq Hüseynov
Hücumçular: 98. Qara Qarayev, 11. Rauf Əliyev, 9. Pərdis Fərcad-Azad