[b]Rauf Əliyev Albaniya klubunda[/b]
08.08.2017 - 22:47
Milli komandamızın və “İnter”in oyunçusu Rauf Əliyev karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Albaniyanın mətbuatı xəbər yayıb.
Bildirilib ki, 28 yaşlı hücumçu bu ölkənin “Kukesi” klubu ilə anlaşıb.
Onunla bir illik müqavilə imzalanacaq.
Rauf avqustun 11-də yeni komandasına qoşulacaq.
Qeyd edək ki, milli üzvü bir müddət əvvəl “İnter”dən ayrılmaq ehtimalının olduğunu bildirmişdi.
0
0