[b]Rauf Əliyev hardadı? [/b]
27.01.2016 - 15:48
[b]Rauf Əliyev hardadı? [/b]

Topaz Premyer Liqasının qış fasiləsindən sonrakı ilk turunda “Zirə” ilə qarşılaşacaq “İnter” bu görüşə ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, “bankirlər” paytaxt derbisi öncəsi 4 futbolçunun xidmətindən məhrumdu.

 

Bunlar müdafiəçi İlkin Qırtımov, yarımmüdafiəçilər Mirhüseyn Seyidov, Mirsahib Abbasov və hücumçu Rauf Əliyevdi. Türkiyə toplanışı zamanı Qazaxıstan təmsilçisi “Atırau” ilə yoxlama görüşündə xəsarət alan İlkin Qırtımovun zədəsinin durumu hələ tam bəlli deyil.

 

Zədə ucbatından Antalyadan vətənə komandadan erkən qayıdan Mirhüseyn Seyidov hazırda müalicə almaqla kifayətlənir. Sabiq “Neftçi”linin iki həftə sonra fərdi məşqlərə başlaması gözlənilir. Mirsahib Abbasov isə bu gündən komanda ilə birgə məşqlərə qatılsa da, hələ oynamağa hazır deyil.

 

Uzun müddətdi zədədən əziyyət çəkən Rauf Əliyev isə qış təlim-məşq toplanışı zamanı fərdi məşqlərə başlayıb. Lakin ağır zədədən qayıdan milli komandamızın forvardı hələ bir müddət topa toxuna bilməyəcək. Həkimlər onun təxminən iki ay sonra yaşıl meydanlara qayıdacağını proqnozlaşdırırlar.

 

Klubdan əldə etdiyimiz məlumata görə, adıçəkilən futbolçuların hər biri “Zirə” ilə XIX tur matçını buraxacaq.

 

Qeyd edək ki, “Zirə” – “İnter” görüşü yanvarın 31-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.