[b]Rauf Əliyev oynadı, komandası liderliyi əldən verdi[/b]
02.10.2017 - 19:31
[b]Rauf Əliyev oynadı, komandası liderliyi əldən verdi[/b]

Albaniya Super Liqasında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Skenderbeu” ilə qarşılaşıb. Bu oyuna qədər aktivində 7 xal olan komandaların görüşü liderin müəyyən olunması baxımından əhəmiyyətli idi. Matç qonaqların 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

 

Oyuna start heyətində başlayan Rauf 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, bu qələbə ilə “Skenderbeu” xalını 10-a yüksəldib və vahid lider olub. “Kukesi” isə 7 xalla ikinci pillədə qalıb.