Avropa Liqasının I təsnifat mərhələsinin bir neçə cavab matçı keçirilib. Apasport.az saytının məlumatına görə, Maltada baş tutan “Birkirkara” - “Şiroki Briyeq” görüşünü azərbaycanlı hakimlər briqadası idarə edib.
Meydan sahibləri “Birkirkara”nın Bosniya və Herseqovina təmsilçisi üzərində 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada həmyerlimiz Rəhim Həsənov ədalət təmsilçisi olub. Oyun ərzində hər komandanın lehinə 15 dəfə cərimə zərbəsi təyin edən FİFA dərəcəli referimiz 7 dəfə əlini cibinə atıb. Həsənov ev sahiblərini 3, qonaqları isə 4 dəfə sarı vərəqə ilə cəzalandırıb. Maraqlıdı ki, bu vərəqələrdən 6-sı ikinci hissəyə təsadüf edib.
Qeyd edək ki, ilk görüşdə 1:1 hesabı qeydə alındığından, “Birkirkara” növbəti mərhələyə adlayıb.