Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçları çərçivəsində keçirilən “Neftçi” – “Xəzər Lənkəran” matçının (2:0) baş hakimi Rəhim Həsənov karyerasında 5-ci dəfə bu komandaların oyununu idarə edib. Apasport.az saytının məlumatına görə, cari mövsüm Bakıda baş tutan hər üç “Böyük oyun”da fit çalan FİFA referisi prinsipial rəqiblərin duellərinə ən çox təyinat alan 4 hakimdən biridi.
İndiyədək baş tutan 42 matçda mütləq rekord isə Fariz Yusifova məxsusdu. O, 8 dəfə “Böyük oyun”un baş hakimi olub. Vüsal Əliyevin hesabında isə 7 belə qarşılaşma var.
FİFA referisi Əliyar Ağayev 6 dəfə “Böyük oyun”da fit çalıb ki, bu göstəricidə 3-cü nəticəyə malikdi. Həsənov isə 5 və daha çox matç idarə edən 4-cü və hələlik sonuncudu.
Ümumilikdə isə “Böyük oyun”ların 12 illik tarixindəki 42 görüşdə 16 baş hakim olub. Onlardan ikisi əcnəbi, 14-ü yerli ədalət təmsilçisidi.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib