“Atletik”in müdafiəçisi Emerik Lyaport karyerasını “Mançester Siti”də davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu “şəhərlilər”lə hərtərəfli anlaşma əldə edib.
Klublar arasında aparılan danışıqlar da artıq müsbət nəticələnib. Razılığa əsasən, “Mançester Siti” 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək. Bu isə İngiltərə nəhənginin ən bahalı transferi kimi tarixə düşəcək. Hələlik bu baxımdan rekord 2015-ci ildə “Volfsburq”dan 63 milyon avroya alınan Kevin De Bruyneyə məxsusdu.
Lyaport yaxın günlərdə yeni komandası ilə 6 illik müqaviləyə qol çəkəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı