[b]Renat Dadaşov qol vurdu, komandası darmadağına sevindi[/b]
06.08.2017 - 23:08
[b]Renat Dadaşov qol vurdu, komandası darmadağına sevindi[/b]

Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan “Ayntraxt” növbəti sınaq matçını keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi kollektiv Frankfurtun digər təmsilçisi "FSV Frankfurt" ilə üz-üzə gəlib.

 

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:2.

 

Dadaşov da bu qarşılaşmanın iştirakçısı olub. “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç bir gün öncəki İspaniya "Betis"i ilə oyundan fərqli, bu dəfə həmyerlimizə şans verib.

 

Fasilədən sonra meydana çıxan Renat 47-ci dəqiqədə qol vurmaqla komandasının qələbəsinə töhfə verib.