[b]Rəqiblərimizin oyununda böyükhesablı nəticə[/b]
05.10.2016 - 09:00
[b]Rəqiblərimizin oyununda böyükhesablı nəticə[/b]

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin V qrupunda ilk tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin çıxış etdiyi qrupun ikinci oyununda Litva ilə Bosniya və Herseqovina üz-üzə gəlib.

 

Yığmamızın Avstriyaya 1:4 hesabı ilə uduzduğu turun ikinci qarşılaşması da böyükhesablı nəticə ilə başa çatıb. Mini turnirin meydan sahibi olan Litva balkanlılar qarşısında aciz qalıb – 0:3.

 

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək II turda yığmamız Bosniya və Herseqovina, Litva isə Avstriya ilə görüşəcək.

 

19 yaşadək futbolçular arasında Avropa çempionatı

V qrup

I tur, 4 oktyabr

Avstriya – Azərbaycan – 4:1

Litva – Bosniya və Herseqovina – 0:3

 

1

Avstriya

1

1

0

0

4-1

3

2

Bosniya və Herseqovina

1

1

0

0

3-0

3

3

Azərbaycan

1

0

0

1

1-4

0

4

Litva

1

0

0

1

0-3

0