[b]Rəqiblərimizin oyununda darmadağın[/b]
12.10.2016 - 00:00
[b]Rəqiblərimizin oyununda darmadağın[/b]

Bu gün futzal üzrə UEFA kubokunda əsas mərhələyə start verilib. Apasport.az saytının məlumatına görə, bir illik fasilədən sonra turnirdə təmsil olunan Azərbaycanın çempionu “Araz” ilk sınağına çıxıb.

 

Naxçıvan təmsilçisi oyunları Makedoniyada keçirilən II qrupun ilk turunda Gürcüstan çempionu Tbilisi Dövlət Universiteti ilə qarşılaşıb.

 

Görüş çempionumuzun 7:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qrupun digər oyununda isə Kosovonun ən yaxşısı “Feniks” və Makedoniya çempionu “Zalezareç” qarşılaşıblar. Bu görüşdə də darmadağın qeydə alınıb. Kosovolular keçmiş həmvətənlərinin qapısından 5 cavabsız qol keçiriblər.

 

İlk turdan sonra “Araz” qrupda liderlik edir.

 

1.

Araz

1

1

0

0

7:1

3

2.

Feniks

1

1

0

0

5:0

3

3.

Zelezareş

1

0

0

1

0:5

0

4.

Tbilisi Universiteti

1

0

0

1

1:7

0