[b]Rəşad Sadıqov “Qəbələ”yə qarşı oynasa...[/b]
11.05.2016 - 10:26
[b]Rəşad Sadıqov “Qəbələ”yə qarşı oynasa...[/b]

Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində “Qəbələ” ilə keçiriləcək oyun “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi bugünkü görüşdə iştirak etsə, əyalət klubunun heyətində 150-ci çempionat matçına çıxacaq.

 

2009-cu ilin yayında bu komandaya keçən Sadıqovun hesabında arxada qalan 7 mövsüm ərzində 149 oyun və 8 qol var. O, bu göstəricidə Ağdam təmsilçisinin hazırkı heyətində yalnız üç futbolçudan – Maksim Medvedev, Namiq Yusifov və Ansi Aqollidən geri qalır.

 

Qeyd edək ki, Sadıqov ümumilikdə Azərbaycan çempionatında 283 oyun keçirib. 16 qol vuran müdafiəçi meydana çıxdığı matçların yarıdan çoxunda “Qarabağ”ın formasını geyinib.

 

 

mövsüm

oyun

qol

2009/10

20

1

2010/11

14

0

2011/12

27

2

2012/13

25

3

2013/14

25

0

2014/15

21

0

2015/16

17

2

Cəmi

149

8

 

0