[b]Rəşad Sadıqov karyerasını bitirməsi haqda...[/b]
02.10.2017 - 17:06
[b]Rəşad Sadıqov karyerasını bitirməsi haqda...[/b]

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.  Apasport.az-ın məlumatına görə, bunu AFFA-nın rəsmi saytı açıqlayıb.

 

35 yaşlı müdafiəçi qurumun saytına açıqlamasında bu addımın atmasını belə izah edib: “Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdim. Bütün sualları isə oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

 

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.