[b]Rəşad Sadıqov məşqçi kurslarına qatıldı[/b]
07.03.2016 - 15:14
[b]Rəşad Sadıqov məşqçi kurslarına qatıldı[/b]

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi artıq bu istiqamətində ilk addımlarını atmağa başlayıb.

 

Belə ki, Sadıqov AFFA-nın təşkil etdiyi məşqçi kurslarına qatılıb. O, B kateqoriyası almaq üçün seminarlarda iştirak edir.

 

Qaydalara əsasən milli üzvləri C kateqoriyasını oxumaqdan azad olduğundan Rəşad təhsilinə birbaşa bu mərhələdən start verib.