Bakıda UEFA-nın növbəti "Pro" kateqoriyalı məşqçi kursu keçiriləcək. Apasport.az saytının məlumatına görə, AFFA tərəfindən təşkil olunacaq seminar aprelin 24-də start götürəcək.
Kurs 6 moduldan ibarət olacaq və 2018-ci ildə başa çatacaq. Kursda iştirak edəcək məşqçilərin siyahısı da dəqiqləşib.
Hələ futbolçu karyerasını davam etdirən, A kateqoriyasına yeni yiyələnən Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da 11 nəfərlik siyahıdadı. Onunla yanaşı, yığmamızın məşqçisi Mahmud Qurbanov, həmçinin Elşad Əhmədov, Samir Abasov, Elçin Rəhmanov, Siyasət Əsgərov, Baba Əsgərov, Zaur Həşimov, Ramin Quliyev, Vüqar Məmməd və ingiltərəli Mayk Bennett də kurslarda iştirak edəcək.
Mənbə: affa.az
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı