[b]Rəşad Sadiqov və Qara Qarayev[/b]
22.10.2015 - 23:32
[b]Rəşad Sadiqov və Qara Qarayev[/b]

Avropa Liqasının qrup mərhələsinin III turu iki azərbaycanlı futbolçu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, klublarımızın heyətində avrokuboklarda ən çox oyun keçirən 10 futbolçu arasında yer alan Rəşad Sadiqovla Qara Qarayev həm yubiley oyununa çıxıb, həm də siyahıdakı mövqeyini yaxşılaşdırıblar.

 

“Qəbələ”nin Almaniya “Borussiya”sı (Dortmund) ilə oyununda (1:3) 55-ci avrokubok matçını keçirən Sadiqov 2-ci pillədədi. “Qarabağ”ın Fransa “Monako”suna uduzduğu (0:1) qarşılaşma Qara üçün 35-ci olub. O, Georgi Adamiyanın göstəricisini təkrarlayaraq, 7-ci yerə şərik olub.

 

“Onluq”da yer alanlardan Rəşad Sadıqov 63, Ansi Aqolli və Maksim Medvedev 41-ci dəfə qitə miqyaslı turnirdə çıxış edib.

 

Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox oyun keçirən futbolçular: 1. Rəşad Sadıqov - 63 2. Rəşad Sadiqov - 55 3-4. Ansi Aqolli, Maksim Medvedev - 41 5-6. Vüqar Nadirov, Namiq Yusifov - 36 7-8. Georgi Adamiya, Qara Qarayev - 35 9. Admir Teli - 33 10. Mahmud Qurbanov - 29

0