[b]Rəşad Sadıqov qələbə ilə başladı - YENİLƏNİB[/b]
16.01.2018 - 19:02
[b]Rəşad Sadıqov qələbə ilə başladı - YENİLƏNİB[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası ilə baş tutan görüş yığmamızın yeni baş məşqçisi Rəşad Sadıqovun debüt matçı olub.

 

Bakı vaxtı ilə saat 17:00-da start götürən qarşılaşma komandamızın üstünlüyü şəraitində keçib. Nəticədə millimiz rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb.


Qeyd edək ki, yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək.

 

Yoldaşlıq oyunu

16 yanvar

Azərbaycan U-21 – “Alanyaspor” U-21 - 3:1

0