[b]Respublika stadionunda 25-ci bayram[/b]
26.07.2017 - 00:38
[b]Respublika stadionunda 25-ci bayram[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” görüşü Tofiq Bəhramov adına Respublika stadionu üçün də əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 0:0 hesabı ilə nəticələnən qarşılaşma ölkənin bir nömrəli arenasındakı 25-ci Çempionlar Liqası oyunu olub.

 

Bunadək bu arena qitənin ən nüfuzlu klub turnirinin 24 matçını qəbul etmişdi. Həmin görüşlərin 11-də qalib gəlib, 4-də uduzan təmsilçilərimiz 10-cu dəfə bərabərliklə kifayətlənib.

 

Yubiley 10-cu bərabərliyə nail olan çempionlarımız 32 qol vurub və yarısı qədərini buraxıb.